Real iş axınını əvvəlcədən yazın
Müştəri qəbulu, avtomobil təyinatı, ilkin ödəniş, müqavilə, qrafik, qismən ödəniş, gecikmə və müqavilənin bağlanması addımlarını siyahıya alın. Lizinq proqramı bu ssenarini fasiləsiz icra etməlidir.
Ödəniş qaydalarının çevikliyini yoxlayın
Gündəlik və aylıq period, istirahət günü, erkən və artıq ödəniş, qismən bağlanma və əvvəlki borc kimi hallar real məlumatla sınaqdan keçirilməlidir.
Lizinq portfeli və hesabatlar
Leasing software aktiv və riskli müqavilələri, plan-fakt yığımı, borcun yaşını, avtomobil statusunu və maliyyə nəticəsini rəhbər üçün ölçülə bilən hesabatda təqdim etməlidir.
Rol, audit və məlumat təhlükəsizliyi
Kassir, operator və rəhbər üçün ayrı icazələr, dəyişiklik tarixçəsi, ehtiyat nüsxə və təhlükəsiz giriş olmalıdır. Ümumi admin hesabı məsuliyyəti izləməyə imkan vermir.
Excel miqrasiyası və dəstək
Mövcud müştəri, avtomobil, müqavilə, ödəniş və açıq borcun necə köçürüləcəyini soruşun. Təlim, texniki dəstək və gələcək inteqrasiyanın şərtləri seçimdən əvvəl aydın olmalıdır.
Bu prosesi sistemdə görmək istəyirsiniz?
TaksiPark demosu nümunə məlumatlarla dərhal açılır.