1. Ehtiyac və uğur meyarı
Park sayı, ödəniş modeli, istifadəçi rolları və hazırkı hesabat problemləri qeyd edilir. Uğur meyarı konkret seçilir: məsələn, açıq borcun gün üzrə görünməsi və ya sənəd bitmələrinin bir siyahıda toplanması.
2. Demo və uyğunluq yoxlaması
Komanda gündəlik istifadə edəcəyi axını nümunə məlumatda yoxlayır. Uyğun olmayan sahə və qaydalar canlı məlumat köçürülməzdən əvvəl müəyyən edilir.
3. Məlumat və giriş hazırlığı
Miqrasiya şablonu təsdiqlənir, istifadəçilər üçün rol matrisi hazırlanır və test qeydləri ilə nəticə yoxlanır. Hər məlumat qrupunun məsul şəxsi müəyyən edilir.
4. Təlim və sınaq günü
Operator və kassir real gündəlik ssenarini test mühitində yerinə yetirir: sürücü axtarışı, ödəniş, ləğv, borc yoxlaması və gün sonu hesabatı.
5. Canlı keçid və nəzarət
Təsdiqlənmiş başlanğıc məlumatı ilə sistem açılır. İlk gün plan–fakt ödəniş, kassa və əsas obyekt sayları ayrıca uzlaşdırılır; aşkar olunan fərqlər mənbə qeydlə müqayisə edilir.