TaksiPark modulu

Avtomobil kartı və park statusları

Hər nəqliyyat vasitəsinin texniki və əməliyyat məlumatlarını bir kartda saxlayın. Avtomobilin boş, lizinqdə və ya servisdə olduğunu park səviyyəsində dərhal görün.

✓VIN və dövlət nömrəsi✓Marka, model və buraxılış ili✓Daxili tabel nömrəsi✓Park statusları✓Sürücü və müqavilə tarixçəsi✓Xərc və sənəd əlaqəsi

Vahid avtomobil reyestri

Dövlət qeydiyyat nişanı, VIN, mühərrik, rəng, il və yürüş məlumatları strukturlaşdırılmış formada saxlanır və axtarışla tez tapılır.

İstifadə vəziyyəti

Lizinqdə, boş və servisdə olan avtomobillərin sayı dashboard-da ölçülür. Bu, boşdayanmanı və parkın istifadə faizini izləməyə imkan verir.

Tam həyat dövrü

Lizinq dəyişiklikləri, sığorta, texniki baxış, yağ dəyişimi, cərimə və xərclər avtomobillə əlaqəli saxlanaraq tam tarixçə yaradır.

Suallar və cavablar

Ən çox soruşulanlar

Sistemi quraşdırmaq lazımdır?+

Xeyr. TaksiPark brauzerdə işləyən sistemdir; internet bağlantısı olan kompüter və ya telefondan daxil olmaq mümkündür.

Demo zamanı real məlumat daxil etməliyəm?+

Xeyr. Demo bazasında nümunə sürücü, avtomobil və ödəniş məlumatları var. Demo hesab yalnız baxış üçündür.

Qiymət məlumatını haradan ala bilərəm?+

Saytda sabit qiymət göstərilmir. Parkın ölçüsü və ehtiyaclar müəyyənləşdirildikdən sonra uyğun həll barədə əlaqə saxlanılır.

Lizinq proqramı demosu

Sistemi təsvirlə deyil, işləyən paneldə görün

Nümunə məlumatlarla müqavilə, ödəniş qrafiki, borc və portfel ekranlarını yoxlayın.

Demonu aç →
Zəng etDemonu aç