TaksiPark modulu

Rol əsaslı giriş və fəaliyyət auditi

Hər əməkdaş yalnız işinə uyğun ekran və əməliyyatlara giriş alsın. Vacib dəyişikliklərin kim tərəfindən və nə vaxt edildiyini tarixçədən yoxlayın.

İstifadəçi hesablarıRol və icazə matrisiBaxış/yazma bölgüsüFəaliyyət tarixçəsiDəyişən sahələrin iziTəhlükəsiz sessiya

Minimum giriş prinsipi

Operator, kassir və rəhbər kimi rollar üçün fərqli icazələr seçilir. Hər modulda baxış, yaratma, dəyişmə və silmə hüquqları ayrıca idarə olunur.

Dəyişiklik tarixçəsi

Əsas məlumatlarda edilən dəyişikliklər istifadəçi və zaman məlumatı ilə qeydə alınır. Bu, səhvin mənbəyini və əvvəlki vəziyyəti araşdırmağa kömək edir.

Demo üçün ayrıca qoruma

Açıq saytdan yaradılan demo hesab yalnız baxış icazəsi alır. Yazma sorğuları server middleware səviyyəsində bloklandığı üçün nümunə baza sabit qalır.

Suallar və cavablar

Ən çox soruşulanlar

Sistemi quraşdırmaq lazımdır?+

Xeyr. TaksiPark brauzerdə işləyən sistemdir; internet bağlantısı olan kompüter və ya telefondan daxil olmaq mümkündür.

Demo zamanı real məlumat daxil etməliyəm?+

Xeyr. Demo bazasında nümunə sürücü, avtomobil və ödəniş məlumatları var. Demo hesab yalnız baxış üçündür.

Qiymət məlumatını haradan ala bilərəm?+

Saytda sabit qiymət göstərilmir. Parkın ölçüsü və ehtiyaclar müəyyənləşdirildikdən sonra uyğun həll barədə əlaqə saxlanılır.

TaksiPark demo

Sistemi təsvirlə deyil, işləyən paneldə görün

Nümunə məlumatlarla park, sürücü və ödəniş ekranlarını özünüz yoxlayın.

Demonu aç
Zəng etDemonu aç