Sənəd təqvimi

Bitmə tarixlərini problem yaranmazdan əvvəl görün

Parkdakı hər avtomobil üçün sığorta və texniki baxış sənədləri, başlanğıc və bitmə tarixləri saxlanılır. Yaxınlaşan tarixlər rəhbər panelində önə çıxır.

✓30 günlük bitmə xəbərdarlığı✓Avtomobilə bağlı sənəd tarixçəsi✓Sığorta şirkəti və ödəniş qeydi✓Texniki baxış nəticəsi✓Sənəd faylları✓Axtarış və ixrac

Xəbərdarlıq siyahısı

Müddəti yaxınlaşan sığorta və texniki baxışlar dashboard-da sıralanır. Komanda prioritet sənədləri ayrıca təqvim axtarmadan görür.

Məlumat avtomobillə birlikdədir

Sənəd qeydi dövlət nömrəsi, marka, model və daxili tabel nömrəsi ilə bağlıdır. Bu əlaqə böyük parkda yanlış avtomobil üçün sənəd yenilənməsi riskini azaldır.

Tarixçə və audit

Yeni sənəd əlavə edildikcə əvvəlki qeydlər saxlanır. Bu yanaşma yenilənmə dövrünü və avtomobil üzrə sənəd xərclərini müqayisə etməyə şərait yaradır.

Suallar və cavablar

Ən çox soruşulanlar

Sistemi quraşdırmaq lazımdır?+

Xeyr. TaksiPark brauzerdə işləyən sistemdir; internet bağlantısı olan kompüter və ya telefondan daxil olmaq mümkündür.

Demo zamanı real məlumat daxil etməliyəm?+

Xeyr. Demo bazasında nümunə sürücü, avtomobil və ödəniş məlumatları var. Demo hesab yalnız baxış üçündür.

Qiymət məlumatını haradan ala bilərəm?+

Saytda sabit qiymət göstərilmir. Parkın ölçüsü və ehtiyaclar müəyyənləşdirildikdən sonra uyğun həll barədə əlaqə saxlanılır.

Lizinq proqramı demosu

Sistemi təsvirlə deyil, işləyən paneldə görün

Nümunə məlumatlarla müqavilə, ödəniş qrafiki, borc və portfel ekranlarını yoxlayın.

Demonu aç →
Zəng etDemonu aç